“Ölkəmizdə hər bir investisiya layihəsinin yerinə yetirilməsi üçün müasir infrastruktur qurulmuşdur. Bələdiyyələr isə öz imkanları çərçivəsində sərmayədarları sərmayə yatırılması üçün torpaq sahələri təqdim etməklə cəlb edə bilər” – bu fikirləri Belediyye.infoya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə bələdiyyələr həmdə sərmayədarlarla birgə müəssisələr də yarada bilərlər.
Milli Məclisn Regional Məsələlər Komitəsinin üzvü A.Badamovun sözlərinə görə, ölkədə qeyri -neft sektorun inkişafında dövlətin yaratdığı şəraitdən sahibkarlar yetərincə istifadə edir. Bu, qanunvericilik bazasında müəyyən dəyişikliklərin edilməsi, müəyyən sadələşdirmə prosedurların tətbiqi və.s kimi qeyd etmək olar.
Yerli özünüidarəetmə orqanları da bu işdə fəal olmalıdırlar. Çünki, regionların inkişafı, insanların işlə təmin olunması və sosial vəziyyətin yüksəlməsi təbii ki, bələdiyyələrin fəaliyyətini asanlaşdırır.
Ona görə də inzibati ərazilərdə müəyyən iqtisadi layihələrin yerinə yetirilməsinə sərmayələrin cəlb edilməsində bələdiyyələr də iştirak etməlidir. Bələdiyyələr mövcud imkanlarından istifadə etməklə sahibkarlara sərmayələr yatırmaq üçün maraq yaratmalıdır.
Belediyye.info